Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev faciəvi şəkildə həyatını itirib.
AzEdu.az xəbər verir ki, magistratura pilləsində təhsil alan tələbə dəm qazından zəhərlənib.
Elimxan Əliyev 2016-cı ildə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub. O, 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.
Bununla yanaşı magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.