Azedu.az

UNEC SABAH Magistraturasının tələbələri üçün korporativ təlimləri davam edir  

Ali təhsil

26 Dekabr 2021, 13:41
UNEC SABAH Magistraturasının tələbələri üçün korporativ təlimləri davam edir  

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində SABAH Magistraturası “Elektron kommersiya” ixtisasının tələbələrinin özəl sektorla bağlı təcrübəsinin artırılması məqsədilə növbəti tədbir təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, USAID Özəl Sektora Dəstək layihəsinin beynəlxalq ticarət məsələləri üzrə mütəxəssisi Elşən Baloğlanov “Yerli məhsul və xidmətlərin ixracında istifadə oluna biləcək elektron ticarət platformaları: imkanlar, perspektivlər və problemlər" mövzusunda tələbələrə seminar keçib. Seminarda elektron ticarət, bu ticarət növünün daha da artırılması və təkmilləşdirilməsi barədə fikilərini bölüşüb. Beynəlxalq təcrübəni paylaşıb. Mühazirəçi elektron ticarətin əsasları, dropshipping və digər mövzulara da toxunub.

 

Sonda isə dinləyicilərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox