Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 13:39:00
Təhsil sistemi elə bərbad gündədir ki, çoxları illərlə yığılmış nöqsanları yalnız nazirdə görür- Qulu Məhərrəmli

 

“Ölkədə təhsil sistemi, xüsusən orta məktəblər elə bərbad gündədir ki, çoxları bu sahədə illərlə yığılmış nöqsanların günahını yalnız müvafiq nazirlikdə görür”

 

AzEdu.az xəbər verir ki, bunu  filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli qeyd edib.

 

O, bildirib ki, nazir Emin Əmrullayevin son çıxışına haqsız hücumlar da burdan qaynaqlanır:

 

“Mən nazirin çıxışına yenidən və çox diqqətlə qulaq asdım. Təhsil sistemini, sahənin problemlərini, tədris texnologiyalarını yaxşı bilən, intellektual, korrupsiyaya bulaşmamış, açıq danışan, nöqsanları düzəltməyə çalışan, yeni düşüncəli bir məmur gördüm”.

 

Son olaraq jurnalist,-“ Millətin gələcəyi olan təhsili əliəyri və rüşvətxorlarla deyil, vicdanlı və fədakar insanlarla düzəltmək mümkündür!”-deyə vurğulayıb.