Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 22:00:00
Şəmkirdə sağlamlıqdan  məhdud  uşaqlar üçün nümunəvi sərgi - FOTOLAR

 

3.12.2021-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mərkəzi parkında yerləşən Əyləncə Mərkəzində, Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Distant Təhsil Mərkəzinin fiziki qüsurlu uşaqlarının iştirakı ilə 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib. 

 

Tədbirdə əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.