Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 17:22:00
“SABAH Magistratura” proqramı çərçivəsində dərs müşahidələrinin təşkilinə start verilib  

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, proqram çərçivəsində tələbələr tərəfindən ümumtəhsil məktəblərində dərs müşahidələrinin təşkilinə start verilib. Məqsəd tələbələri ümumtəhsil məktəblərinin tədris prosesi ilə yaxından tanış etmək, sinfin idarə olunması, müəllim-şagird ünsiyyətinin dinamikası, dərs zamanı istifadə olunan metod və yanaşmalar, planlaşdırma zamanı fənn kurikulumlarına istinad olunma səviyyəsi, dərsliklərin səmərəli istifadəsi barədə məlumatlar toplayaraq təhsil tədqiqatları yönündə faydalanmaqdır.