Azedu.az

20 UNEC tələbəsi Data və Süni İntellekt Proqramını başa vurdu

Ali təhsil

4 Avqust 2026, 12:14
20 UNEC tələbəsi Data və Süni İntellekt Proqramını başa vurdu

Azərbaycan Beynəlxalq Bankı (ABB) və UNEC birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Data və Süni İntellekt Sertifikasiya Proqramı”nın bağlanış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, altı aydan artıq davam edən proqram çərçivəsində ABB-nin mütəxəssisləri tərəfindən tələbələrə data analitikası və süni intellekt sahələrində nəzəri və praktiki təlimlər keçirilib. Eyni zamanda iştirakçılar üçün banka tanışlıq səfərləri, real iş mühitində öyrənmə imkanları və müxtəlif master-klaslar təşkil olunub.

Proqramı uğurla başa vuran 20 UNEC tələbəsindən 8-i yüksək nəticə göstərərək fərqlənmə ilə məzun olub.

Bağlanış tədbirində ABB-nin Baş direktoru Aynur Süleymanlı, Baş direktor və Baş informasiya inzibatçısı Nihat Şenyuva, UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, Təcrübənin Təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə və Karyera Mərkəzinin direktoru Sevinc Məcid iştirak ediblər.

Çıxış edənlər universitet–sənaye əməkdaşlığının tələbələrin peşəkar bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayaraq, proqramın iştirakçılara əmək bazarının tələblərinə uyğun bilik və praktiki təcrübə qazandırdığını bildiriblər.

Sonda proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox