Azedu.az

UNEC: Qarabağ mövzusu Fransa Milli Kitabxanasında araşdırılıb  

Ali təhsil

12 Noyabr 2021, 16:22
UNEC: Qarabağ mövzusu Fransa Milli Kitabxanasında araşdırılıb  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində növbəti araşdırmanı Fransa Milli Kitabxanasında aparıb.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, araşdırmaya görə, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr fotoqraf G.de Labry tərəfindən1888-ci ildə çəkilmiş “Rusiya Türküstanı və Qafqaz” başlıqlı şəkillər toplusudur. On yeddi şəkildən ibarət toplunun 14-cü şəklində Qarabağ atı təsvir olunub. Toplu 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına verilib.

 

Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd var. Bunların 1-i alman (G.Radde “Karabakh”, 1890), 3-ü fransız, 1-i erməni dilindədir.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox