Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 10:18:00
“Firudin bəy Köçərli” mükafatı rektor Vilayət Vəliyevə təqdim edildi -FOTO

 

 

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevə  “Firudin bəy Köçərli” mükafatı təqdim edildi.

 

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi” nominasiyası üzrə layiq görülüb.

 

Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, rektorla AzEdu Təhsil Portalının əməkdaşları arasında çağdaş ali təhsilin cari vəziyyəti, gələcək perspektivləri, eləcə də AzTU-nun son bir ildə atdığı uğurlu addımlar müzakirə olunub.

 

Rektor Vilayət Vəliyev  ali təhsil məkanının inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

 

Eyni zamanda, Azərbaycan Texniki Universiteti ilə AzEdu Təhsil Portalı arasında ortaq layihələrin də tətbiqi müzakirə edilib.

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları