Azedu.az

AzTU-nun nəzdində Polşa-Azərbaycan İnstitutunun yaradılması məsələsi müzakirə edilib

Ali təhsil

30 Oktyabr 2021, 11:47
AzTU-nun nəzdində Polşa-Azərbaycan İnstitutunun yaradılması məsələsi müzakirə edilib

Polşanın Silesian Texnologiya Universiteti rektorunun Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi professor Aleksandr Sladkovski Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev qonağa AzTU-da görülən işlər və xarici ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

 

Tərəflər iki universitet arasında logistika və nəqliyyat sahəsində əməkdaşlıq imkanları, ikili diplom, AzTU-nun nəzdində Polşa-Azərbaycan İnstitutunun yaradılması məsələlərini müzakirə ediblər.

 

 

İran hərəkətə keçdi - Bakıya qarşı şok hücum başladı
Son xəbərlərDaha çox