Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 12:27:38
Bu universitet abituriyentləri “açıq qapı” günlərinə dəvət edir

Azərbaycan Universiteti abituriyent və valideynləri avqustun 13-ü saat 10.00-dan 16.00-dək “açıq qapı” günlərinə dəvət edir.

Universitetdən AzEdu.az-a bildiriblər ki, “açıq qapı” günlərində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunmur. Abituriyent və valideynlər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzi”nə şəxsiyyət vəsiqələrini təqdim etməklə məlumat sessiyasında və infoturda iştirak edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Universitetində abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin “Abituriyent məsləhət mərkəzi” fəaliyyət göstərir. Mərkəzini xüsusi təlim keçmiş əməkdaşları müraciət edənlərə ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərirlər. Mərkəz həftənin beş günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.