"Bu gün Türkiyənin Azərbaycandakı Səfiri hörmətli Cahit Bağçını UNEC-də qəbul etdik".
AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov facebook sehifəsində yazıb
O qeyd edib ki, UNEC-lə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları və formaları, TÜDİFAK-ın Türkiyə ali təhsil sisteminə tam inteqrasiya edilməsi, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, türk dilində nəşr edilən yeni dərsliklərlə TÜDİFAK-ın təmin edilməsi kimi məsələləri müzakirə etdik.
Son olaraq rektor UNEC-ə səfərinə görə Səfir Cahit Bağçıya təşəkkürlərini bildirib.