Azedu.az

“Kibertəhlükəsizlik” təlim layihəsinə qeydiyyat davam edir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

25 Oktyabr 2021, 11:49
“Kibertəhlükəsizlik” təlim layihəsinə qeydiyyat davam edir

Təhsil İnstitutu beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində tədqiqatla məşğul olan kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti mərhələsinə start verir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihənin məqsədi Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktik bacarıqların verilməsindən ibarətdir.

 

Müsabiqədə təməl ingilis dili bilikləri olan, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilərlər. Tələblərə uyğun gələn şəxslərdən institutun saytında yerləşdirilmiş link vasitəsilə oktyabrın 26-dək qeydiyyatdan keçmələri xahiş olunur.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox