https://www.zirve.edu.az/ #
2021-10-23 11:00:00
AzTU-nun tərəfdaşı olduğu növbəti layihənin monitorinqi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsinin monitorinqi keçirilib. Monitorinqə Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırov rəhbərlik edib.

 

AzEdu.az xəbər verir ki,görüşündə layihənin Azərbaycandan olan bütün tərəfdaşları iştirak edib.  

 

AzTU-nun professoru Həsən Hüseynov layihə üzrə həyata keçirilən və nəzərdə tutulan işlərin təqdimatını edib.

 

Daha sonra yerli tərəfdaşlar Milli Erasmus+ Ofisinin Monitorinq və təşviqat üzrə əməkdaşı  Zəfər Həsənovun suallarını cavablandırıb.

 

Tərəfdaşlar layihənin icrası ilə bağlı yaranan çətinliklər, risklər və həlli yolları barədə fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, layihə çərçivəsində AzTU-da səhiyyədə keyfiyyət menecmenti ixtisaslaşmasının açılması planlaşdırılır