Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 10:47:00
AzTU-da “CRENG” ofisi və laboratoriyası fəaliyyətə başlayıb-FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) Erasmus + KA2 proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi üzrə yaradılan “CRENG” ofisi və laboratoriyası tələbələrin istifadəsinə verilib.

 

AzEdu.az xəbər verir ki, Logistika və Nəqliyyat İnstitutunun nəzdində yaradılan “CRENG” ofisi və laboratoriyası layihə çərçivəsində satınalınan müasir kompüterlərlə təchiz edilib. Layihəyə uyğun olaraq yaradılan “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” magistr proqramı üzrə təhsil alan tələbələr laboratoriya dərslərini “CRENG” laboratoriyasında keçəcəklər.  

 

Ofisin fəaliyyət istiqamətlərinə nəqliyyat sektorunda mövcud problemlərin araşdırılması və tədqiq edilməsi daxildir. Sözügedən işlərin həyata keçirilməsinə tələbələr də cəlb olunacaq.

 

“CRENG” ofisində nəqliyyat sektorunu təmsil edən mütəxəssislərin ixtisasartırma təlimlərinin təşkili də nəzərdə tutulur.

 

Xatırladaq ki, oktyabrın 11-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “CRENG” ofisi və laboratoriyasının açılış mərasimi keçirilib.