Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 16:21:00
Universitet məzunlarının peşə məktəblərinə müraciətləri artıb- Agentlik direktoru

 

 

“Dron idarəedilməsi və dəqiq aqronomluq” təlimlərinə peşə təhsili müəssisələrindən ümumilikdə 15 təlimçi müəllim cəlb olunub”

 

Bunu  AzEdu.az-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev qeyd edib.

 

Direktor peşə təhsili müəssisələrində STEAM layihəsinin tətbiq olunmasının sevindirici hal olduğunu bildirib:

 

“Son zamanlar müasir təhsilin tədrisi istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu layihələrdən biri də həm təhsil alanların maraqla öyrəndiyi, həm də müəllimlər tərəfindən həvəslə tətbi olunan STEAM layihəsidir.

 

Sevindirici haldır ki, STEAM layihəsi ilk əvvəl ümumitəhsil məktəblərində olsa da, artıq peşə təhsil məktəblərində də tətbiq olunmağa başlayır. İxtisaslara uyğun tədris planları hazırlanıb və bu tədris proqramlarını həyata keçirən müəllimlər müxtəlif təlimlər alıblar, təlim almağa da davam edirlər. Bu təlimlərdən biri də hazırda davam edən “Dron idaedilməsi və dəqiq aqronomluq” təlimləridir. Həmin təlimlərə peşə təhsili müəssisələrindən ümumilikdə 15 müəllim cəlb olunub. Təlimlər israilli mütəxəssis tərəfindən keçilir, nəzəri və praktik hissə olmaqla iki hissədən ibarətdir. Nəzəri hissə İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tədris auditoriyalarında, praktik hissə isə peşə təhsil mərkəzinin iki hektarlıq təcrübə sahəsində keçirilir”.

 

Direktor təlimlərin növbə ilə digər peşə təhsil mərkəzlərində də keçiriləcəyini vurğulayıb:

 

“Növbəti illərdə kənd təsərrüfatı sahəsinin bütün ixtisasları üzrə bu təlimlərin təşkil edilməsi nəzərdə tutulur, mütəxəssislər bu prosesin üzərində çalışır. Növbəti olaraq Bərdə, Quba və ümumilikdə bütün peşə təhsil mərkəzlərində təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərin yaxşı tərəflərindən biri cəlb olunan mütəxəssislərin qardaş Türkiyə və İsraildən olmasıdır. Bu mütəxəssislərlə birlikdə yeni tədris proqramlarının hazırlanması təmin olunacaq”.

 

O peşə təhsili müəssisələrinə tələbə qəbulunun hər il artdığını bildirərək, onların arasında ali təhsil məzunlarının olmasına da diqqət çəkib:

 

 

“Peşə təhsil müəssisələrinə qəbul sayı ilbəil artır. Keçən ildən bu ilə bu artım 12% təşkil edir, 16 min 600 nəfər peşə təhsili mərkəzlərinə qəbul olunub. Ümid edirəm ki, yaxın zamanlarda ümumilikdə bütün peşə təhsil mərkəzlərində bu plan tam dolacaq. Bir sevindirici hal da ondan ibarətdir ki, artıq ali təhsil məzunları da peşə təhsili müəssisələrinə müraciət edirlər. “Peşə təhsili haqqında” qanun layihəsində edilən dəyişiklər peşə təhsilinin inkişafı və bu təhsilə marağın artmasına müsbət təsir edəcək deyə düşünürəm”.

 

Direktor peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün ilk olaraq müəllimlərin səviyyəsinin yaxşılaşdırılmalı olduğunu bildirib:

 

“Gələcəkdə peşə təhsilinin keyfiyyətinin daha da yaxşılaşdıırlması üçün ilk olaraq müəllimlərin səviyyəsinin yaxşılaşıdırlması vacibdir. Bildiyimiz kimi bununla bağlı müəllimlərin işə qəbulu prosesi həyata keçirildi. Keçən ildən ümumi təhsil fənləri üzrə, bu ildən etibarən isə digər ixtisaslar üzrə müəllimlərin işqə qəbulu aparıldı. Bu yaxınlarda Bərdə, növbəti illərdə isə digər yeni peşə təhsil müəssisələrinin açılışı gözlənilir. Bizim işə götürənlərlə müəyyən əməkdaşlıqlarımız var. Müəssisələrimizi bitirən bir sıra məzunlarımız bizim vasitəmizlə işlə təmin olunublar”.