Azedu.az

Uzunömürlülüyün sirri üzə çıxır? 100 yaşdan sonra immunitet güclənir

Maraqlı

20 Avqust 2026, 15:41
Uzunömürlülüyün sirri üzə çıxır? 100 yaşdan sonra immunitet güclənir

100 yaşdan yuxarı insanların immun sistemində xərçəng və infeksiyalarla mübarizə aparan xüsusi T hüceyrələrinin sayının yaş artdıqca çoxaldığı müəyyən edilib.

AzEdu.az xəbər verir ki, Cell Press jurnalında dərc olunan araşdırma Osaka Universitetinin alimləri tərəfindən aparılıb.

Tədqiqat zamanı 28 nəfərin qan nümunələri araşdırılıb. Məlum olub ki, 70-90 yaş aralığında bu hüceyrələrin payı orta hesabla 4 faiz olduğu halda, 100 yaşlı insanlarda 9,6 faizə, 110 yaşdan yuxarı şəxslərdə isə 17,6 faizə çatır.

Alimlərin fikrincə, sözügedən hüceyrələr orqanizmdə infeksiyaya yoluxmuş və xərçəng hüceyrələrinə çevrilmiş hüceyrələri müəyyən edərək məhv edir.

Araşdırma göstərir ki, bu hüceyrələrin artması immun sisteminin yaşla zəifləməsindən deyil, orqanizmin artan xəstəlik və xərçəng riskinə uyğunlaşmasından qaynaqlana bilər.

Tədqiqatçılar hesab edirlər ki, nəticələr uzunömürlülüyün sirlərinin və yaşlanma prosesində immun sistemində baş verən dəyişikliklərin öyrənilməsi üçün əhəmiyyətlidir.

Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox