Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 16:57:00
UNEC-in gənc əməkdaşı İsveçrə universitetində tədqiqat aparacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin işçisi, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva bir il müddətində İsveçrənin Saint-Qallen Universitetində “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparacaq.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, N.Hacıyeva və onun elmi rəhbəri professor Dirk Lehmkuhl Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərovla görüşüb.

 

Görüşdə müvafiq elmi-tədqiqat işi barədə fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Xatırladaq ki, Nərgiz Hacıyeva 2021/2022-ci tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub.