Azedu.az

I və IV qrupların nəticələri bu həftə bilinəcək? - RƏSMİ

Şagirdlər

22 İyun 2026, 08:59
I və IV qrupların nəticələri bu həftə bilinəcək? - RƏSMİ

İyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak edən minlərlə abituriyent nəticələrin nə vaxt açıqlanacağını səbirsizliklə gözləyir.

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda nəticələrin elan olunacağı tarixlə bağlı fərqli fikirlər səsləndirilir.

Bəzi iddialara görə nəticələr yaxın günlərdə açıqlanacaq, digərləri isə prosesin bir qədər uzanacağını düşünür.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur.

Moskvada gərginlik artdı - Əhalinin təxliyəsi başladı
Son xəbərlərDaha çox