Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 16:53:00
Zal nəzarətçisi sertifikatı almaq üçün qeydiyyat başlandı
Zal nəzarətçisi sertifikatı almaq üçün qeydiyyat başlanıb.
 
Namizədlər DİM-in saytına daxil olaraq elektron qeydiyyatdan keçməlidirlər.
 
AzEdu.az-ın məlumatına görə, qeydiyyat üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
 
 
- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- Ali və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalıdır;
- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməlidir (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);
- Yaşı 22- 45 arası olmalıdır;
- Fiziki cəhətdən sağlam olmalıdır;
- Məhkumluğu olmamalıdır.
Namizədlər qeydiyyatdan keçdikdən sonra onların elektron poçtuna göndərilən bildirişdə qeyd olunan tarix və yerdə aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:
- Elektron sistemə daxil etdiyi anket;
- Şəxsiyyət vəsiqəsi;
- Təhsil haqqında sənədin əsli (diplom);
- İş yeri haqqında arayış (olduğu təqdirdə);
- Məhkumluğun olmaması barədə arayış.