Azedu.az

Bakının bu məktəblərində COVID-19 aşkarlanıb, bir neçə sinif bağlanıb

Məktəblər

6 Oktyabr 2021, 11:05
Bakının bu məktəblərində COVID-19 aşkarlanıb, bir neçə sinif bağlanıb

Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, Report-un  əldə etdiyi məlumata görə, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

 

Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

 

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.

Rusiyada ortalıq q*an gölünə döndü: Ö*lənlərlər var
Son xəbərlərDaha çox