https://www.zirve.edu.az/ #
2021-10-04 12:15:00
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi yekunlaşdı  

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan başlanan ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, ixtisas seçimi oktyabrın 4-ü saat 09:00-dək internet vasitəsilə aparılıb. İxtisas seçimi etmiş abituriyentlərin sayı (Azərbaycan bölməsi - 6330; rus bölməsi - 100) 6430 nəfər olub.