Azedu.az

Peşə məktəblərinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

25 Sentyabr 2021, 10:24
Peşə məktəblərinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir

Peşə məktəblərində 2021/2022-ci tədris ili üzrə ənənəvi tədrisin bərpası istiqamətində pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi yekunlaşmaq üzrədir.

 

AzEdu.az xəbər verir  ki, sentyabrın 22-dək ümumi heyətin 94 faizi birinci doza, 81 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak edib. Bakı üzrə bu göstəricilər 93, Sumqayıt üzrə 95, Abşeron rayonu üzrə 93, regionlar üzrə isə 93 faiz təşkil edir.

 

Martın sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaq.

 

Təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox