Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-26 14:58:00
Bu şəxslər rezidentura imtahanına BURAXILMAYACAQ-Rəsmi

26 sentyabr 2021-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları