Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 11:52:00
Hökumətin məktəblərlə bağlı verdiyi bütün qərarlar – Təlimatlar, qaydalar

 

 

 

22 sentyabr tarixində Nazirlər Kabineti 2021-2022-ci tədris ilinin təşkilinə dair qərarlar qəbul edib. 

 

 

Həmin qərarlarda məktəblərdə tədris prosesinin tənzimlənməsinə dair bir sıra nüanslar əksini tapıb.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Karantin rejimində dərslərin dayandırılması və bərpasına qərar verən qurumlar müəyyənləşib:

 

 

Təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide-miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

 

 

Məktəblərdə yeməkxana və bufetlərin fəaliyyətinə dair tələblər müəyyən edilib:

 

 

Yeməkxanalarda stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla).

 

 

Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq:

 

 

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.  Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

 

 

Məktəblərdə idman, akt zalları və hovuzdan istifadə qaydaları açıqlanıb:

 

 

Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.

 

 

Şagirdlərin könüllü şəkildə məktəbə göndərilməsi tələbi ləğv edilib:

 

 

Məktəblərdə tədris prosesində şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması tələbi ləğv olunub.

 

 

Yaşı 65-dən yuxarı olan təhsil işçiləri də məktəbə gələ biləcək:

 

 

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan şəxslər də qoşula biləcək.

 

 

Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında sosial məsafə azaldılıb:

 

 

Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunacaq və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnəcək.

 

 

Siniflərdə partaların bir-birindən 1,5 metr aralıda düzülməsi tələbi ləğv edilib:

 

 

Partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsinin təmin edilməsi tələbi aradan qaldırılıb. Yeni qaydaya əsasən isə dərs (məşğələ) müddətində təhsil alan onun üçün müəyyənləşdirilmiş yerdə oturmayacaq.

 

 

Uşaqların məktəbdənkənar məşğələlərdə maska taxmaq qaydası müəyyənləşib:

 

 

Məktəbdənkənar təhsil müəssisələrində maskadan istifadə valideynlərin və ya digər qanuni nümayəndələrinin seçimində olacaq.

 

 

Respirator əlamətləri olanların məktəblərə giriş-çıxışına icazə verilməyəcək:

 

 

Təhsil müəssisələrinə giriş və çıxışına icazə verilməyənlərin sırasına respirator əlamətləri olanlar da daxil edilib.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları