“Yaxın günlərdə Nazirlər Kabinetinin tədrisin təşkilinə dair qaydalar sistemi ilə bağlı qərarı açıqlanacaq”
Bunu AzEdu.az-a açıqlamasında, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Sektor müdiri Təhsil nazirinin rektorla görüşündə müzakirə olunan vacib məqamlara diqqət çəkib:
“Bildiyimiz kimi artıq yeni tədris ilinin əyani formada təşkilinə start verilir.Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin təşkili ilə bağlı kifayət qədər müzakirə ediləcək məqamlar var. Bununla bağlı Təhsil naziri ötən həftə ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşdü .Bu görüşdə pandemiya şəraitində tədrisin təşkili, auditoriyada necə aparılması, sıxılığın idarə olunması, təhlükəsizlik məsələləri, COVİD-19 pasportu alan tələbə və müəllimlərin rejimə öyrəşməsi kimi mövzular müzakirə olundu. Eyni zamanda ali təhsil müəssisələrində neçə faiz tələbə və müəllimlərin vaksinasiyada iştirak edib COVİD-19 pasportu alması öyrənildi. Müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri öz fikirlərini irəli sürdülər, o cümlədən Təhsil naziri bu fikirlərə münasibət bildirdi”
O bildirib ki, bu barədə Nazirlər Kabinetinin yaxın günlərdə açıqlanacaq qərarı universitetlərə göndəriləcək:
“Yaxın günlərdə Nazirlər Kabinetinin tədrisin təşkilinə dair qaydalar sistemi ilə bağlı qərarı açıqlanacaq və ali təhsil müəssisələrinə göndəriləcək. Bu qərara uyğun olaraq auditoriya və qeyri-auditoriya şəraitində həm mühzirələrin təşkil forması, həm də sıxlığın idarə olunması, hibrid təhsilin tətbiqi, auditoriyalarda dərs zamanı tələbə sayı kimi mövzular bütün detalları ilə bu qərarda öz əksini tapacaq”
Ayşən Mustafa
Fatma Abdulla
kitabı