Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 13:06:00
Siniflərdə şagird sıxlığı bu cür tənzimlənəcək-Nazirlik rəsmisi yeniliyi açıqladı

 

 

 “Əyani tədrisə tam başladıqda siniflərdə şagird sayı məsələsinə diqqət ediləcək. Hazırda çox şagirdi olan siniflərlə bağlı təhlil aparılır. Yeni təlimat ictimaiyyətə çadırılacaq”.

 

 

AzEdu.az-ın məlumatına görə, bunu  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.  O, yeniliklərin ictimaiyyətə elan ediləcəyini də vurğuladı:

 

 

“Siniflərdə 1.5 metr sosial məsafə qaydasının gözlənilməsi qaydasına əməl olunmalıdır. Şagirdlərin eyni partda əyləşməsi və ya necə olacağı ictimaiyyətə təqdim olunacaq. Elə siniflər var ki, cəmi 5 şagirdi var və bunlarda partalarda məsafə gözləniləcək. Bunlar əsasən bölgələrdəki məktəblərdədir. Şəhərlərdə isə bir qədər fərqli olacaq”.