Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 15:58:00
Növbəti “GRE: General Test” imtahanı keçirilib  

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında “GRE: General Test” test imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanda 7 nəfər iştirak edib.

 

Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti GRE imtahanının oktyabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında məlumatı DİM-in saytında əldə etmək mümkündür.