Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 13:27:00
"Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda təlimlər təşkil olunub

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı” çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların aqressiv davranışa məruz qalmasına qarşı maarifləndirmə məqsədi daşıyıb. Təlimlər zamanı iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq zorakılığın bir forması kimi, bullinq davranışının təsirləri, onun profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzularda məlumat verilib.

Qeyd edək ki, təlimlərin ölkədə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müəllimlər üçün təşkili nəzərdə tutulub.