Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 05:54:19
60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

2018-ci il martın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

 AzEDU.az DİM-ə istinadən xəbər verir ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 13 müxtəlif yerdə təşkil edilmişdir.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 96 müsahibədən 36-sı baş tutmuş, 60 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 16-sı iddia etdiyi vəzifəyə uyğun hesab edilmişdir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini  buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcəkdir.