Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 16:36:00
DİM və bu qurum arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında 2021-ci il mayın 20-də imzalanmış iqtisadi əməkdaşlıq protokolunun təhsildə qiymətləndirmə üzrə bəndinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) və Ofqual (Office of Qualifications and Examinations Regulation) arasında “Zoom” platforması üzərindən ilk görüş keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, görüşdə Ofqual qurumundan Standartlar departamentinin rəhbəri Dennis Oppos, Hüquq departamentinin rəhbəri Daniel Qutteric, Strategiya və bazar departamentinin rəhbəri Maykl Hanton, tədqiqatçı Stüart Ketvalder, Britaniya Şurasının regional imtahan rəhbəri Keşhav Sredharan və Cənubi Qafqaz üzrə imtahan rəhbəri Nərgiz Əkbərova, DİM-dən Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və şöbənin digər əməkdaşları iştirak ediblər.

 

Görüşdə iki ölkənin qiymətləndirmə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, əməkdaşlıq sahələri üzrə qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılıb, bununla bağlı atılacaq növbəti addımlar müəyyən edilib.

 

Xatırladaq ki, Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 4-cü iclasının protokol sənədində təhsildə qiymətləndirmə sahəsi üzrə DİM və Birləşmiş Krallığın müvafiq dövlət qurumları arasında aşağıda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın təşkil edilməsi qərara alınıb:

- Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində DİM-in qiymətləndirmə alətləri üzrə keyfiyyət standartlarının yüksəldilməsi;

- Birləşmiş Krallığın imtahanların məsafədən idarə olunması və imtahanlarda texnologiyanın istifadəsi istiqamətində təcrübəsinin öyrənilməsi;

- Qiymətləndirmə alətlərinin hazırlanması və təşkili üzrə qayda və təlimatların tərtibi istiqamətində təcrübə mübadiləsi.

 

Digər istiqamətlər üzrə əməkdaşlığın təşkil edilməsinə dair daha geniş məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/news/6632/