Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 14:56:00
Xalq yazıçısından nümunəvi addım

“Azərbaycandakı bütün nəşriyyatlardan xahiş edirəm ki, mənim kitablarımın qonorarlarının 10%-ini  "Yaşat" Fonduna köçürsünlər və kitablarımda Fondun işarəsi əks olunsun”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev feysbuk hesabında yazıb.

 

“Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları " Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki bütün reklam müqavilələri bütünlüklə "Yaşat" Fonduna köçürülsün. Hamınıza təşəkkür edirəm”,- deyə Çingiz Abdullayev qeyd edib.(Modern.az)