Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 12:27:00
Birinci sinfə qəbulla bağlı 6 mindən çox müraciət cavablandırılıb  

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6 min 522 müraciət operativ şəkildə cavablandırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, daxil olan müraciətlərdən 650-si məktəblərdə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərində, 886-sı onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 4 min 092-si sistemin “Əlaqə” bölməsində, 894-ü isə telefon vasitəsilə cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin vatsap müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri kömək göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 alternativ qeydiyyat mərkəzi müəyyən olunub.