https://www.zirve.edu.az/ #
2021-07-27 18:12:00
Universitetdə uğur qazanmaq üçün bunları edin- 5 qızıl QAYDA

Gərgin bir imtahan prosesindən keçən abituriyentlər qeydiyyatdan sonra universitet tələbəsi olacaqlar.

 

Bəs universitet heyatının daha uğurlu olması üçün nə etməlisiniz ?

 

AzEdu.az təqdim edir

 

1.Hər şeyi universitetdən gözləməyin.

 

Dərslərə girib-çıxıb, yaxşı qiymətlər toplamaqla sadəcə diplom alacaqsınız. Universitet dövrü hər tələbə üçün çox dəyərlidir.  Bacardığınız qədər ixtisasınıza uyğun konfranslara qatılın.Universitetin social həyatından ən yüksək səviyyədə faydalanmalısınız.

 

2.Oxumaqla birlikdə işləyin

 

İki semestr arasında çalışmağ olar. İxtisasınıza uyğun təcrübələr əldə edin. Bu sizə gələcək iş həyatınızda müsbət təsir göstərəcəkdir.

 

3.Tələbə klublarına üzv olun

 

Həyatınız boyu universitetdəki qədər fərqli maraqlara xitab edən klublar tapa bilməyəcəksiniz. Gələcəkdə peşman olmamaq üçün bu fürsətdən yaxşı istifadə edin. Ən azı iki tələbə klubuna üzv olun. Tələbə klubları sizə stresin, vaxtın və komanda işinin idarə olunmasında yardımcı olacaqdır.  Həmçinin ünsiyyət qurmaq bacarığınızı inkişaf etdirəcəkdir ki, bu da gələcək üçün vacibdir.

 

4.Dünya görüşünüzü inkişaf etdirin

 

Hər ay ən azı bir kitab oxuyun. Maraqlandığınız jurnal və saytları izləyin. Təhsil, mədəniyyət, incəsənət və idmana yönəlmiş klublara üzv olun, fərqli sosial mühitlərə girib çıxmaq sizin dünya görüşünüzü artıracaqdır.

 

5.Özünüzə faydalı və əyləncəli hobbilər tapın

 

Gözəl bir həyat yaşamaq üçün, hobbilərinizə laqeyd qalmayın. Təəccüblənə bilərsiniz, ancaq hobbiniz bir peşəyə çevrilə  və ya iş tapmağınızı asanlaşdaıra bilər.

 

Yuxarıda qeyd edilənlərə riayət etsəniz "axtarılan" məzun olacaqsınız.

 

Gülcahan Məmmədova