Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-24 12:48:00
Azərbaycanlı professor dünyanın ən məhsuldar alimi SEÇİLDİ  

“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape”in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdə qərarlaşıb.

 

Başağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada bir milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu “Expertscape” nəşri 2011-ci ildən 2021-ci ilə qədər başağrıları sahəsində dərc olunmuş 12,525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.

 

1965-ci il dekabrın 29-da Bakıda anadan olan Məsud Aşina Azərbaycan Tibb Universitetinin məzunudur. O, hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.(Modern.az)