https://www.zirve.edu.az/ #
2021-07-24 11:32:00
21 tələbə Çinin nüfuzlu universitetlərində təhsil alacaq-Təhsil Nazirliy

 

21 nəfər Azərbaycan Respublikası vətəndaşı 2021/22-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Təhsil  Nazirliyinin  İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri  Cəsarət  Valehov məlumat  verib.

 

Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin “Beijing Institute of Technology”, “Shanghai University”, “Peking University”, “Xi'an Jiaotong University”, “Tsingua University”, kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər) və doktorantura (4 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.