https://www.zirve.edu.az/ #
2021-07-24 11:01:00
UDİD proqramına sənəd qəbulu davam edir  

Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, proqramın məqsədi bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, tələbələri rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək, gələcəkdə əmək bazarında layiqli yer tutmaları və onun tələblərinə çevik uyğunlaşmaları üçün imkan yaratmaqdan ibarətdir.

 

700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50 faizini ödəyəcəklər.

 

UDİD proqramına təhsilin üçüncü semestrindən müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır. Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də iştirak edə bilər. UDİD proqramına sənəd qəbulu avqustun 15-dək aparılacaq.