2021-07-23 17:19:00
“Rəqəmsal bacarıqlar" layihəsi üzrə hesabat tədbiri keçirilib
İyulun 23-də “Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2020-2021-ci tədris ilinin yekunlarına dair onlayn hesabat tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki ,Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, “Alqoritmika” şirkətinin nümayəndəsi Anna Burda, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılması və layihənin növbəti tədris ilində genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.
Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışıb və qeyd edib ki, layihənin əsas məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaratmaqdır. Belə ki, layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.
Layihənin əhatə dairəsi barədə məlumat verən layihə rəhbəri Nilüfər Rəhimova bildirib ki, 2017-2018-ci tədris ilində start verilən “Rəqəmsal bacarıqlar” layihəsi ilkin olaraq Bakı şəhərində 45 məktəbdə V siniflər üzrə 65 min şagirdi əhatə edib. Cari tədris ilində isə layihənin uğurlu tətbiqi nəticəsində ölkənin 9 şəhər və rayonu üzrə 222 məktəb və 120 minədək Azərbaycan və rus bölmələrinin şagirdləri əhatə olunub.
Qeyd olunub ki, növbəti tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Mövcud planlaşdırmaya əsasən, 2021-2022-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 minədək şagirdi əhatə edəcək.
Daha sonra tədris ili ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Həmçinin, direktor, müəllim və şagirdlər öz təcrübələrini bölüşüblər.
Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə məktəb və müəllimlər sertifikatlarla təltif olunublar.
Bu bölməyə aid digər xəbərlər
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41
“Məktəbli könüllü” proqramının açılış mərasimi keçiriləcək
2024-03-06 16:59:40
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK