https://www.zirve.edu.az/ #
2021-07-23 11:02:00
"Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib

Təlimdə daxili audit üzrə təcrübəli ekspert Andra Larin tərəfindən pilot dövlət qurumlarının auditorları üçün daxili auditin əsas anlayışlarına aid təqdimat nümayiş etdirilib.

 

AzEdu.az xəbər verir ki ,22 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində "Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi" üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib.

 

Təlimdə daxili audit üzrə təcrübəli ekspert Andra Larin tərəfindən pilot dövlət qurumlarının auditorları üçün daxili auditin əsas anlayışlarına aid olan standartlar, məqsədlər, prinsiplər, eyni zamanda sənədlər (nizamnamə, etik qaydalar və digər) barədə təqdimat nümayiş etdirilib.

 

Xatırladaq ki, pilot layihənin iştirakçı qurumları olaraq İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət Nazirliyi, Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi seçilib.

 

Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

 

Təlim 26 iyul tarixində strateji və illik planlaşdırmaya həsr olunmuş mövzu ilə davam edəcəkdir.