https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-07-20 17:34:00
Faydalı dərs öyrənmə metodları – Tətbiqi mütləqdir  

İmtahana az qalmış əksər insanlarda dərsləri çatdırmamaq qorxusu yaranır.  Bu qorxunun qarşısını almaq üçün düzgün dərs üsullarından istifadə etmək lazımdır.

 

AzEdu.az xarici KİV-ə istinadən ən effektiv dərs oxuma-öyrənmə  və mövzunu mənimsəmə  üsullarını təqdim edir:

 

Araşdırmalar sübut edir ki, insan beyni yuxudaykən belə öz fəaliyyətini davam etdirməkdədir.  Bu səbəbdən də daha çox əzbərləmə ilə bağlı dərsləri yatmazdan əvvəl öyrənmək daha faydalı ola bilər.  Həmin saatlarda dərslə məşğul olmaq öyrənməni asanlaşdırır.  .

 

 

Gecə dərs oxumaq əzbər üçün faydalı odluğu kimi, səhər saatları da riyazi fənlərə hazırlaşmaq üçün əvəzsizdir. Yuxunu tam almış, dincəlmiş zehinlə riyazi fənləri öyrənmək daha asan olacaq.

 

Çox uzun müddət dərs oxuduqdan sonra uzun fasilələrin verilməsi istənilən səmərəni verməyəcək. Daha yaxşı öyrənmək üçün qısa fasilələrlə özünüzü yormadan dərs oxumalısınız.

 

Dərsarası fasilələrdə fiziki hərəkətlə məşğul olmağı unutmayın. Mümkün qədər masadan uzaqlaşıb təmiz havada hərəkət etməyiniz daha faydalı olacaq.

 

Miqdarı çox olmamaqla kofein qəbul etmək də daha ayıq formada dərs oxumağınıza kömək edə bilər. Bunun üçün gün ərzində 1 fincan kofe, yaxud da 2 fincan çay kifayət edəcək.

 

Daha keyfiyyətli dərs oxumaq üçün sinxronlardan da istifadə edə bilərsiniz. Xüsusilə gündəlik həyatda, nəqliyyatda yolda və s. kitaba baxa bilməyəcəyimiz yerlərdə sinxron aparatlardan istifadə, dərsləri təkrarlamaq üçün olduqca faydalı olacaq.

 

Həyat tərzinizə uyğun gündəlik proqram quraraq, ona əməl etmək də işinizi olduqca asanlaşdıracaq.

 

Dərs oxuyarkən kiçik qeydlər götürməyi unutmayın. Bu təkrarlar üçün çox faydalıdır.

 

Diqqətinizin yayınmaması üçün əlavə səslərdən uzaq sakit bir yer seçin. Seçdiyiniz yerdə masanın və divarlar olduqca sadə olmalıdır ki, diqqətinizi dağıtmasın.