Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 17:05:00
Dövlət qulluqçusuna  hansı fəaliyyətlər  qadağandır?- Qanun   

Tez-tez təhsil ictimaiyyətində müəllimlərin də dövlət qulluqçusu olmaq istəyi gündəmə gətirilir.

 

Müəllimlərin əksəriyyəti bunun üstünlük olduğunu qeyd edir. 

 

Bəs dövlət qulluğu ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nədir?

 

AzEdu.az xəbər verir ki, dövlət qulluqçusunun  dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa,  elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.

 

 

Həmçinin dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa,  dövlət qulluğuna xitam verildikdən sonra qanunvericilik  ilə müəyyən edilmiş  müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri yaxud  qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə  informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə məhdudiyət qoyulur.

 

 

Qanuna əsasən,  qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getmək,  qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək, tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak,  dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etmək qadağandır.

 

 Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

 

Qeyd edək ki, dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq  aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar  barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.