Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 12:13:00
 MİQ-də rəqiblərini üstələyən namizəd: “Özüm özümə müəllimlik etdim”

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin 14 iyul tarixində Azərbaycan dili müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

Gültəkin Əhmədova Azərbaycan dili üzrə həmin günə olan ən yüksək nəticəni-54 balı toplayıb.

 

 

AzEdu.az ən  yüksək bal toplayan namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib.

 

 

 

Gültəkin xanım, hazırlığa getmədən özünətəhsil prosesi ilə məşğul olub:

 

 

 

O, orta təhsilini Sumqayıt şəhər 3 nömrəli məktəbdə başa vurub. Tələbəlik illərinə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr olmaqla başlayıb. Daha sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili ixtisası üzrə   magistr dərəcəsini alıb.

 

 

“MİQ-in test imtahanına hazırlıq prosesini informal yolla aprmışam, necə deyərlər, özümə “müəllimlik” etmişəm. 

 

 

Ümumiyyətlə, XXI əsrin tələblərini nəzərə alaraq, deyə bilərəm ki, özünütəhsil, özünüinkişaf prosesi müəllimlik fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. İmtahan sualları da məhz bu tələbləri əhatə edərək obyektiv tərtib olunmuşdu.

 

 

Əslində, məqsədim çox sadədir: Azərbaycan dilinin tədrisi, amma dil tədrisi deyərkən heç də isim, sifət və ya bağlayıcıların növlərini şagirdə əzbərlətməkdən bəhs etmirəm. Dil bir sənətdir. Bu sənətin tədrisi dilin məntiqini dərk etdirmək, xüsusiyyətlərini və incəliklərini, gözəlliklərini göstərmək və sevdirməkdən ibarətdir. Bu məqsəsədimə hələ uşaq olarkən köhnə krossvord qəzetlərinin kənarlarındakı latın əlifbasını müstəqil öyrənməyi hədəf qoyduğum günlərdən başlamışam. Çünki hər bir uğurun başlanğıcı düzgün hədəf və məqsədlərdir”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları