https://www.zirve.edu.az/ #
2021-07-08 11:12:00
Məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib  

Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkilinə dair layihəyə start verilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, məqsəd regionlarda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəllimləri erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək və onları yerlərdə bu istiqamətdə kurslara cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır. Bununla bağlı məktəbəqədər təhsil sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən 108 saatlıq pedaqoji təlim kursu proqramı hazırlanıb.

 

ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Şəki və Quba filiallarında çalışan müəllimləri arasında müsahibə keçirilib və təlimçi-müəllimlər seçilib. Seçilmiş 21 təlimçi-müəllim 9 günlük təlimlərə cəlb olunublar. Onlar 108 saatlıq pedaqoji təlim kursunu növbəti tədris ilində ADPU-nun müvafiq filiallarında “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan tərbiyəçi-müəllimlərə keçəcəklər.