Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 14:39:00
Dünyanın ən çətin məktəb yolları-FOTOLAR  

Əksəriyyətimiz nənə-babamızdan məktəbə getmək üçün çəkdikləri əziyyət haqda çox eşitmişik. Həmin hekayələr bizə nə qədərə uzaq gəlsə də, bu gün dünyanın bir çox yerində uşaqlar məktəbə getmək üçün həyatlarını belə təhlükəyə atırlar.

AzEdu.az bu yazıda ən təhlükəli məktəb yollarını təqdim edir.

Çinin bəzi əyalətlərində uşaqlar məktəbə getmək üçün hər gün 5 saat təhlükəli dağ yolunu keçməlidirlər.Çinin cənubunda isə, şagirdlər məktəb üçün dik nərdivanlarla dağa dırmaşmalı olurlar.

İndoneziyada bir məktəbin şagirdləri dərsə getmək üçün qırılmış təhlükəli körpüdən keçmək məcburiyyətindədirlər.

Kolumbiyada uşaqlar məktəbə gedərkən çayı keçmək üçün yüzlərlə metr yüksəlikdəki kəndirlərdən istifadə etməli olurlar.

İndoneziyalı uşaqlar isə, məktəbə getmək üçün qayıqlarla çayı keçirlər.

Əfqanıstanda isə uşaqlar müharibənin, atəş səslərinin altında oxumağa çalışırlar. 

Flippində isə uşaqlar məktəbə köhnə təkərlərdən hazırladıqları qayıqlarla gedirlər.

Bu şəkildə isə, Myanmalı qız məktəbə buğa üstündə gedir.