Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 14:15:00
Doktoranturaya qəbul imtahanlarında  xarici dil üzrə keçid balı nə qədərdir? -DİQQƏT

 

Doktorantura  pilləsinə  hazırlaşan  məzunları  maraqlandıran  suallardan  biri  də  xarici  dil  üzrə  minimum  keçid  balının  nə  qədər  olmasıdır.

 

Bu  pilləyə  qəbul  imtahanı  üçün  xarici  dillər  üzrə  minimum  keçid  balı  və  əcnəbi  iddiaçılar  üçün  keçid  balı  eynidir.

 

AzEdu.az  mövzu  ilə  bağlı  Dövlət  İmtahan  Mərkəzindən  verilən  məlumatları  təqdim  edir.

 

Müvafiq qurumlarla razılaşdırılmaqla, doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35-dir.

 

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

 

Qeyd  edək  ki,  2021-ci il iyunun 20-də keçirilən  xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 21-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün keçirilən  Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri  iyun  ayının 27-si  açıqlanıb.