Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 17:56:00
2020-ci ildə müsabiqə nəticəsində magistratura səviyyəsinə 8270 nəfər qəbul olub  

2020-ci ildə magistraturaya qəbul bir mərhələdə aparılıb. İmtahanda (23 fevral 2020-ci il) bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatikadan bilik səviyyələri test üsulu ilə yoxlanılıb. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturanın ixtisaslaşmalarına qəbul olmaq istəyən və müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra əlavə olaraq qabiliyyət imtahanı veriblər.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bəzi ixtisaslaşmalar üzrə qabiliyyət imtahanları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış şəraitə görə ləğv olunub. Müəyyən edilmiş müsabiqə şərtlərini ödəyənlər ixtisas seçiminə buraxılıb. Hər bir bakalavrın 20-dək ixtisaslaşma kodunu seçmək imkanı var idi. Keçirilmiş müsabiqə nəticəsində magistratura səviyyəsinə 8270 nəfər qəbul olub.