https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-16 17:12:00
“İcma əsaslı məktəbəqədər təhsilin inkişaf” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunub  

Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirilib.

İnstitutdan  bildirilib ki, Quba, Xaçmaz, Goranboy, Ağcabədi, Salyan, Biləsuvar, Masallı, Cəlilabad, Şəmkir və Sabirabadda yerləşən 50 icmanın müəllimləri üçün təlimlər təşkil olunub. İnteraktiv təlim metodlarına - qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları və müzakirə formatlarına uyğun olaraq bir sıra mövzularda təlimlər keçirilib. Təlim mövzuları məktəbəqədər yaşlı uşaqlarla praktik oyunlar, ibtidai sinif müəllimləri ilə əməkdaşlıq və məktəbdə ibtidai təhsilin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin təşkili, icma əsaslı məktəbəqədər təhsil qruplarında müsbət sosial mühitin yaradılması və uşaqlarda sosiallaşmanın artımı yolları, icma valideynlərini qruplardakı tədris prosesinə düzgün cəlbetmə yolları və uyğun fəaliyyətlər, məktəbəqədər təhsildə teatr - qruplarda teatrın təşkili və teatr vasitəsilə uşaqların tərbiyələndirilməsi, əl kuklalarının hazırlanması və tədrisdə istifadə yolları olub.

Xatırladaq ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2020-2021-ci tədris ilindən etibarən respublikanın 50 şəhər və rayonunda 500 icma əsaslı məktəbəqədər təhsil qruplarını əhatə edir. Layihə hər bir icma əsaslı məktəbəqədər təhsil qrupunda orta hesabla 20 uşaq olmaqla 10000-ə yaxın 3-4 yaşlı uşağın iştirakı ilə həyata keçirilir.