Bir neçə gün öncə Təhsil naziri Emin Əmrullayev məktəblərdə “son zəng” tədbirlərinin təyin edilən qaydalara uyğun şəkildə keçirilməsinə icazə verildiyini açıqlamışdı.
Bəs bu ali təhsil müəssisələrinə də aiddirmi? Univerüsitetlərdə məzun günləri müəyyən qaydalara uyğun təşkil edilə bilərmi?
Mövzu ilə bağlı Təhsil Nazirliyi AzEdu.az-ın sorğusunu cavablandırıb:
“Ümumtəhsil müəssisələrindən fərqli olaraq, Ali Təhsil Müəssisələrində “Məzun günü” tədbirinin onlayn, məsafədən təşkili məqsədəmüvafiq hesab olunmuşdur”.
Qeyd edək ki, bu gün ümumitəhsil müəssisələrində “son zəng” tədbirləri həyata keçirilib.