Azedu.az

Magistr və doktorantların III beynəlxalq elmi konfransının materialları dünya kataloquna daxil edilib

14 İyun 2021, 12:48
Magistr və doktorantların III beynəlxalq elmi konfransının materialları dünya kataloquna daxil edilib

İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III beynəlxalq elmi konfransının “Nizami Gəncəvi və davamlı inkişaf” xülasələr kitabı UNEC Kitabxana İnformasiya Mərkəzinə (KİM) təqdim edilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, konfrans materialının elektron resursu ölkənin aparıcı kitabxanaları və universitet kitabxanalarına təqdim edilib, eyni zamanda dünya kataloquna (worldcat.org) daxil edilib. Konfrans materialı ilə UNEC KİM-in elektron kitabxanasında (//library.unec.edu.az/kitabxana/6-umumi-elmler/546-nizami-g-nc-vi-v-davaml-inkisaf-xuelas-l-r-kitab) tanış olmaq mümkündür.

Xatırladaq ki, beynəlxalq konfrans iyunun 4-7-də Gəncədə keçirilib.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox