Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 11:12:00
Buraxılış imtahanlarında 46 min 618 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 16-da keçiriləcək imtahanda 23 min 920, iyunun 17-də keçiriləcək imtahanlarda isə 22 min 698 nəfər olmaqla, ümumilikdə 46 min 618 şagirdin iştirakı nəzərdə tutulur.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn formatda təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Qeyd edək ki, DİM tərəfindən iyunun 16-da və 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.