Azedu.az

Bu gün 11-ci sinfi 84 mindən çox şagird bitirir

14 İyun 2021, 10:12
Bu gün 11-ci sinfi 84 mindən çox şagird bitirir

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

 

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

 

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.


Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox